“Lokomotiv” 1/8 finalda – VİDEO

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, artıq 1/8 finala daha bir vəsiqənin sahibi müəyyənləşib.

Rusiyanın “Lokomotiv” klubu doğma meydanda “Nitsa” (Fransa) ilə qarşılaşıb. Moskva təmsilçisi minimal hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib. Rusiya təmsilçisi ilk oyunda da bu rəqibinə 3:2 hesabıyla qalib gəlmişdi.

Xatırladaq ki, 1/8 finala ilk vəsiqəni də Rusiya təmsilçisi – Moskvanın ÇSKA klubu qazanmışdı. Bu komanda “Srvena Zvezda”nı (Serbiya) üstələmişdi (1:0, ilk oyun 0:0).

Avropa Liqası
1/8 final, cavab oyunları
22 fevral

“Lokomotiv” (Rusiya) – “Nitsa” (Fransa) 1:0 (3:2)
Qol: İqor Denisov, 30.

COP29