!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lombard yoxsa Bank krediti? – I Yazı

!Reklam – Yazi

 

LOMBARD“Lombard krediti”ni bankdan yoxsa lombarddan götürmək sərfəlidir?  

Ard-arda gələn devalvasiyalar təkcə əhaliyə deyil, bank sektoruna da ciddi zərbə vurdu. Bu səbəbdən də, banklar öz mövcudiyyətlərini qorumaq üçün müxtəlif yollara baş vururlar. Heç şübhəsiz bankların son dövrdə üz tutduqları sahə özləri üçün daha risksiz sayılan “lombard” kreditləridir.

Verilən qızılın müəyyən miqdarı məbləğində kredit verərək, riskdən qorunmanın yüksək olduğu “lombard” kreditlər öncədən olmasa da, son bir neçə ildə əksər bankların sarıldığı metod olub.

Banklar “lombard” kreditlərinə tamah saldıqca, nə hikmətdir ki, ölkədə həqiqi lombardlar əleyhinə ciddi təbliğat aparılır. Qısacası, kiçik pullu xidmət sahəsi olan lombardlar bankların böyük reklam büdcəsi hesabına əzilməkdədirlər.  Nizamnamə kapitalı milyonlarla manat təşkil edən banklar “lombard” krediti kimi kiçik biznesə girərək, əslində, dünyadakı reytinq cədvəllərində özlərini hansı səviyyəyə doğru geriyə çəkdiklərini, yəni lombarddan daha çox öz imiclərinə zərbə vurduqlarının  fərqində deyillər.


Lombarda gələn müştərilər 30-50, bəzən 100 manat üçün müraciət edirlər. Yəni, lombard müştəriləri milyon dollarlıq iş görən milyonçular deyil.  Bank xarici investorun önünə maksimum 500 manatlıq kredit tarixçəsi olan müştəriləri iləmi çıxacaq? Bankirlər bunu heçmi düşünmürlər? Belə cüzi kredit tarixçəsi olan müştəriləri ilə zəngin banka hansı investor milyonluq ya da milardlıq layihələr etibar edər?

Banklar isə öz imiclərini düşünmədən, sovet dönəmindən bəri Azərbaycanda aztəminatlı ailələrin borc alma yeri olaraq baxdıqları, övladlarının toy mərasimindən tutmuş təcili pul ehtiyaclarını hesabına ödədikləri lombardları sıradan çıxarmaq üçün, onlar əleyhinə çirkin təbliğatla məşğuldurlar.

Təbii ki, bunun özünün obyektiv və subyektiv səbəbləri var. Xüsusilə, müstəqillik dönəmində bir sıra təsadüfi adamlara “Lombard” açmaq icazəsi verilməsi və bu işi bilməyən, sadəcə asan qazanc əldə etmək istəyənlərin bu sahəyə kobud şəkildə hücumu bu sahəyə ciddi zərbə vurdu. Bu gün əhali arasında lombardlar ilə bağlı fikir müxtəlifliyinin arxasında dayanan ən böyük səbəblərdən biri budur. İkincisi isə banklar lombard kreditlərinin itki baxımından daha qarantlı olduğunu nəzərə alaraq, bu sahəni ələ keçirməyə başladılar. Başladıqca da, cəlbedici reklamlarla lombardları sıradan çıxarmağa başladılar.

Məsələn, banklardan biri öz reklamında göstərir ki, qızıla lombarddan ən az 50 faiz yüksək pul krediti verir. Belə olan təqdirdə, insanlar niyə lombarda getsinlər ki? Araşdırdıqda isə bankın reklamının böyük bir yalan və aldatma olduğu ortaya çıxır. Necə? Gəlin müqayisələrlə bu sualı cavablandıraq.

500 manat pul üçün az qala bütün ailə üzvlərinin iş yerindən arayış istəyən bank nə üçün bazar qiymətindən yüksək kredit verir? Bəs risk? Bank vətəndaşı bu qədərmi sevir ki, özünü bu riskə atır? Əslində isə xeyr. Əvvəla, bank qızıla müqabil olaraq verdiyi kreditin faizi ilə birlikdə ana borcunu da vətəndaşdan aybaay almağa başlayır. Yəni, hər keçən ay bank vətəndaşdan qızıl üçün verdiyi pulu o hiss etmədən alır. Faktiki olaraq, vətəndaşın qızılı bankda girov qalsa da, verilən kreditin məbləği aybaay ödənilən əsas borcun hesabına qızılın dəyərindən çox-çox aşağı olur. Eyni zamanda borc bitənə qədər kredit üçün təqdim olunan girov paketi açıla bilməz.

794109_464583Lombard isə risk faktorunu nəzərə alaraq, qızılın 80-85 faizi müqabilində pul verir. Verilən pul isə bankın iddia etdiyi kimi onun verdiyinin yarısı deyil, bazardakı qiymət nədirsə, ona görə, tənzimlənir. Hər ikisi qızılın qiymətini bazar qiymətlərinə görə, hesablasa da, lombardın üstünlükləri daha çoxdur.

Birincisi, lombardda bankdan fərqli olaraq, ana borca toxunmadan, istədiyin qədər dəyişmədən faizi ödəməklə, kredit müddətini uzatmaq olar. Bankda isə ana borcdan ödəmədiyin halda əlavə cərimə faizi və “dəbbə pulu” tutulur. Çünki bank digər kredit növləri ilə lombard krediti arasında fərq qoymur.

İkincisi, siz ana borcdan ödədiyiniz halda, lombarda qoyduğunuz qızıl əşyaları paketini parçalaya bilərsiniz. Yəni, ana borcdan bir qismini ödəyərək, onun müqabilində qızıllarınızdan ona uyğun olanını çıxara bilərsiniz. Fəqət bankda kredit tam ödənməyənə qədər girova toxunmaq və ya dəyişdirmək olmaz. Yəni, altı ay sonra sizin qızılınızın dəyəri aldığınız puldan iki dəfə çox olmasına rəğmən siz əşyanızı götürə bilməzsiniz. Lombard isə sizə imkan verir ki, həmin qızılı götürüb, yenidən dəyərləndirməyə verərək, həmin andakı bazar şərtlərinə uyğun olaraq, kredit alasınız.

Üçüncüsü, bank kredit üçün faizləri illik, lombard isə bunu on günlüklər üzrə hesablayır. Yəni, on gündən sonra girovunuzu çıxartmağa gəlsəniz, sizdən bir ayın faizi deyil, sadəcə həmin ongünlüyün faizi alınır.

Üstəlik, bankda tutulan komissiya haqqı Lombardda tutulmur.

Bundan başqa lombardlardan kredit alınması banklardakı kimi süründürməçiliklə müşahidə olunmur. Məsələn, bu yaxınlarda 100 illiyini qeyd etməyə hazırlaşan və Azərbaycanın ilk lombardı olan “Lombard N:1” sosial şəbəkələrdəki elanlarında göstərir ki, cəmi 3 dəqiqəyə ödəniş edir və girovla bərabər şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd istəmir.

Elə sosial şəbəkə üzərindən danışdıqdan sonra (012) 493-32-42 nömrəsi ilə əlaqə yaratdıq. Telefonumuza cavab verən və özünü şirkətin vitse prezidenti olaraq təqdim edən Osman Hacıyev bildirdi ki, əhalinin yaşayış vəziyyətini nəzərə aldıqları üçün onlar kredit şərtlərini xeyli asanlaşdırıblar: “Bizim üçün bütün müştərilər dəyərlidir və biz şəffaf fəaliyyət göstərdiyimiz üçün də yüz illik bir tarixə malik qurumuq. Müştəri ilə münasibətdə dürüst olduqdan sonra onunla dost olacaqsınız. Biz hər şeydən öncəliklə insan faktoruna önəm veririk. Onun mövcud durumu əgər həmin an o pulu qaytarmasına imkan vermirsə, vaxt tamam oldu deyə, onun girovunu anında satışa çıxarmırıq. Bəlkə o qızıl onun üçün qiymətindən daha çox anlamı var. Müştərilərimizə bir sıra güzəştləri edirik ki, onlar sıxıntılı durumdan xilas olsunlar.

3333333333333Əlbəttə, burada müştəri-şirkət münasibətlərinin uzun müddətliyi də rol oynayır. Etibarlılıq prinsipi burada mühim rol oynayır. Bizim on illərlə əməkdaşlıq etdiyimiz müştərilərimiz var ki, onlara faiz güzəştlərimiz də digərlərindən fərqlənir. Bizə etibar edənlərə biz də etibar edirik. Eyni zamanda biz fəaliyyətimizi müasir tələblərə uyğunlaşdırırıq. Artıq sosial şəbəkələr vasitəsi ilə də bizimlə əlaqə qurub, gəlmədən bir sıra sənədləşməni həyata keçirə bilirlər”.

Qeyd edək ki, lombardların başlıca həll etmələri gərəkən işlərdən biri də müasir şərtlərə uyğunlaşmalarıdır. Banklardan fərqli olaraq, müasir dönəmdə bir az yavaş addımladıqca, rəqibləri məqsədli şəkildə və güclü reklam büdcəsi ilə onları sıradan çıxarmağa çalışır. Xüsusilə, banklar televiziyalardakı əhalinin ehtiyac içində olan təbəqəsinin böyük əksəriyyətinin izlədiyi proqramlarda lombard əleyhinə anti-təbliğat aparırlar.

Lakin araşdırdıqda, sovet dönəminin ehtiyacı olan əhali üçün ən lazımlı xidmət sahələrindən olan lombardların kapitalizmin buxovlarından sayılan banklara nisbətdə, daha ədalətli və insaflı olduqlarını görmək heç də çətin deyil. Təbii ki, söhbət dürüst, insaflı və öz işinin peşəkarı olan, kredit bazarında öz nüfuzunu qoruyub-saxlamış, bu sahədə illərlə çalışmış və sadəcə bir ünvanda qərar tutmuş lombardlardan gedir.

Sevər ABBASLI

P.S. Bu barədə araşdırma və təhlillərimiz davam edir. Gələn yazımızda mütəxəssislərin, o cümlədən bank və lombard müştərilərinin cavablarını müqayisəli şəkildə təqdim edəcəyik. Hansı xidmət sahəsinin insanlarımız üçün əlverişli olduğunu öyrənəcəyik. Bizi izləyin.

www.yenicag.az

4684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv