!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lombarda basqın - Bıçaqlanan var

!Reklam – Yazi

Bu gün səhər saatlarında Salyan şəhərinin Ə.Zeynalov küçəsindəki evlərdən birində yerləşən lombarda naməlum şəxs tərəfindən basqın olub.

Yenicag.az Virtualaz.org-a istinadən xəbər verir ki, lombardın sahibi Elman Şahsuvarova məxsus həyətə daxil olan naməlum şəxs onun işçisi, baldızı – 47 yaşlı Bədəlova Xanım Eldar qızını bıçaqla hədələyərək qızıl verməsini tələb edib. Qadın onun tələbini yerinə yetirdikdən sonra həmin naməlum şəxs ona üzərində olan bıçaqla qarın nahiyəsindən xəsarət yetirib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Xanım Bədəlova hazırda əməliyyata götürülüb, vəziyyəti orta ağırdır.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətmiş şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində operativ əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

www.yenicag.az

2397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv