Lombarda basqın olub – Bakıda

Bakıda Lombarda oyuncaq tapança ilə daxil olaraq oradan quldurluq yolu ilə pul aparmaq istəyən şəxsi lombardın əməkdaşları ifşa ediblər.

Yenicag.az xəbər verir ki, oktyabrın 24-də axşam saat 17 55 də Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən lombardlardan birinə gələrək orada işləyən Abşeron rayon sakini Anar Rasim oğlu Əliyevi tapançaya bənzər əşya ilə hədəliyib ondan pul və qızıl əşyalar verməsini tələb edən Bakı şəhər sakini Kamran Allahverdiyev Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxsin artıq ifadəsi alınıb və o törətdiyi cinayət əməlini etiraf edib. Zərərçəkən Anar Əliyevin sözlərinə görə, Kamran Allahverdiyev onların daimi müştərisi olub. Sonuncu dəfə də lombarda gələndə əvvəlcə pul götürəcəyini bildirib.

Anar Əliyev həmçinin bildirib ki, hadisəni törətdiyinə peşman olan Kamran Allahverdiyev sonradan oyuncaq tapançanı onlara təhvil verib.

Faktla bağlı Nəsimi rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.