Lombarddan 6 minlik qızıl oğurlandı – Bakıda

Bakıda lombarddan 6 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ayaz Rəhimovun ətrafında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanası və Pirallahı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun bu il fevralın 27-də lombardlardan birindən 2000 manat və 4000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.