!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

London bu qızı axtarır-Fotolar

!Reklam – Yazi

83676Londonda keçiriləcək Dünya Gözəllik Yarışmasında Orta Amerika ölkələrindən Hondurası təmsil edəcək model Maria Jose Alvarado yoxa çıxıb.

19 yaşlı Maria Jose Alvarado bacısı Sofia Trinidaddan ötən cümə axşamından bəri xəbər yoxdur.

Honduras gözəli seçilən və ölkəsini təmsil etməsi üçün hazırda Londonda olması gərəkən Alvaradonu tapmaq üçün bütün ölkə səfərbər olub.

Alvarado sonuncu dəfə cümə axşamı Santa Barbara şəhərində bir doğum günü məclisində iştirak edib.

Honduras polisi model ilə bacısının cinayətə qurban getmədiyini, ancaq girov götürülə biləcəyini bildirib.

Qeyd edək ki, 4 milyon əhalisi olan Santa Barbara şəhərində ildə 1200 adam cinayətə qurban gedir.

www.yenicag.az

997
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv