!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

London “qarışdı”-Foto

!Reklam – Yazi

0c4ea68596b27aeee0405dfa7a963590Londonun mərkəzində sərt qənaət tədbirlərinə və hakim Mühafizəkar Partiyasının siyasətinə qarşı keçirilən etiraz aksiyası zamanı baş vermiş iğtişaşlar nəticəsində beş polis əməkdaşı xəsarət alıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, “Hakimiyyət xalqa” şüarı səsləndirən yüzlərlə etirazçı baş nazir Devid Kemeronun iqamətgahı qarşısında aksiya keçirib.

Məlumata görə, polislərə şüşə qabları və tüstü şaşkaları atan etirazçılardan beşi, ümumilikdə isə 17 nəfər saxlanılıb. İğtişaşlar səbəbindən mərkəzi Uaytholl strit küçəsi bir neçə saatlıq bağlanılıb.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Devid Kemeronun rəhbəri olduğu Mühafizəkar Partiyası mayın 7-də keçirilmiş parlament seçkilərində qələbə qazanıb.

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv