Reklam

Reklam

48034Maliyyə və daşınmaz əmlak sahəsində xidmətlər göstərən “Jones Lang LaSalle” (JLL) şirkəti Davosda keçirilən Ümumdünya İqtisadi Forumu üçün ikinci illik “City Momentum Index” (CMI) reytinqini hazırlayıb.

Reytinqdə qısamüddətli perspektivdə müsbət sosial-iqtisadi dinamika və kommersiya daşınmaz əmlak bazarında artım nümayiş etdirəcək, eləcə də uzunmüddətli uğur üçün möhkəm bazaya malik olan şəhərlər yer alıb.

Tədqiqat çərçivəsində dünyanın 120 şəhəri öyrənilib və daha sürətli inkişaf edən 20 şəhər müəyyən edilib. “CMI” reytinqini tərtib edən “JLL” analitikləri təkcə hazırkı iqtisadi göstəriciləri deyil, həm də daha dinamik inkişaf edən dünya mərkəzlərinin uğurunu şərtləndirəcək amilləri nəzərə alıblar.

2015-ci il reytinqində birinciliyə London, San-Hose, Pekin, Şenjen və Şanxay şəhərləri layiq görülüb. İlk iyirmiliyə həmçinin altı yeni şəhər – Hoşimin (6-cı yer), Sidney (11), Dublin (14), Nayrobi (15), Melburn (16) və Nankin (20) daxil olub.

Dünyanın bir neçə yüksək texnologiyalı şəhəri, o cümlədən London (1), San-Hose (2), Boston (7) və San-Fransisko (9) ilk iyirmilikdə öz mövqeyini qoruyub. Texnoloji sektor sayəsində ilk iyirmiliyə yeni şəhərlər – Sidney (11), Banqalor (12), Dublin (14), Nayrobi (15) və Melburn (16) da daxil ola bilib.

“CMI 2015”-də ümumilikdə birinci yeri tutan Londonun mövqeyini davamlı iqtisadi göstəricilər, transsərhəd investisiyaları, müsbət proqnozlar və qlobal texnoloji mərkəz reputasiyası gücləndirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 65
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."