“London Taxi”si oğurlandı – Bakıda

Binəqədi rayonu ərazisindən “London Taxi” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Quliyev tutulub.

Yenicag.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil Baksol yaşayış sahəsində tapılıb.

Yenicag.az