Reklam

Reklam

“British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan “Boeing 777” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.

Yenicag.az xəbər verir ki, bu barədə “APA-Economics”ə hava limanının mətbuat xidmətindən məlumat verilib.

Qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir.

Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1105
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."