Londonda avtobus dayanacağında tapılan tablo şok qiymətə satıldı

Oğurlandıqdan sonra Londonda avtobus dayanacağında plastik torbada tapılan rəsm hərracda 17.5 milyon funt sterlinqə satılıb.

Yenicag.az xəbər verir ki, İntibah dövrü rəssamı venesiyalı Titianın 1510-cu ildə hələ 20 yaşında olarkən çəkdiyi “The Rest on the Flight into Egypt” əsəri Londonun “Christie’s” hərrac evi tərəfindən satılıb.

Əsər 1995-ci ildə Uiltşirdəki bir evin qonaq otağından oğurlanıb, lakin yeddi il sonra Londondakı avtobus dayanacağında plastik torbada çərçivəsiz tapılıb. Hərracçılar bildiriblər ki, rəsm əsərinin satıldığı məbləğ rəssam üçün yeni dünya hərrac rekordudur.

Tablonun Avstriya İmperatoru II İosif də daxil olmaqla, illər ərzində bir çox sahibi olub./AZƏRTAC/

COP29