İngiltərənin paytaxtı Londonda dəhşətli partlayış hadisəsi baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Londonda təşkil olunmuş festivalda səhərə yaxın partlayış olub. Hadisə nəticəsində 30-a yaxın insan yaralanıb.
Yəhudi festivalında baş verən bu qanlı hadisənin terror aktı olduğu istisna edilmir. Digər bir iddiaya görə isə, partlayışa səbəb festival iştirakçılarından birinin mobil telefonunu oda atması olub.