!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Londonda teraktla bağlı 12 nəfər saxlanılıb

!Reklam – Yazi

Böyük Britaniyanın polisi Londonda baş verən teraktda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıblar.

Yenicag.az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, bu haqda Skotland Yard bildirib.

Polisin bəyanatında deyilir: “Şübhəlilər Londonun şərqində Barkinq şəhərində əməliyyat zamanı həbs ediliblər”.

Hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparırlar.

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.

Yenicag.az

www.yenicag.az

815
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv