Londonda tramvay qəzası: 5 ölü, 50 yaralı

_nazvaniya__4__650x410Böyük Britaniyanın paytaxtı Londonda tramvay qəzaya düşüb.

AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, tramvayın aşması nəticəsində 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qəzanın səbəbi hələlik məlum deyil. Ehtimal olunur ki, qəzaya səbəb bütün gecə yağan güclü yağış olub.