Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Londondan Kremlə növbəti şərt: “Münasibətləri normallaşdırmaq istəyirsizsə...”

Böyük Britaniya Rusiya ilə münasibətlərin normallaşdırılmasına yönəlik şərtini açıqlayıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Tereza Meyin London lord-merinin bu gün təşkil edəcəyi ənənəvi ziyafətdə səsləndirəcəyi çıxışın mətni yayımlanıb.

Bir il əvvəl baş tutmuş həmin ziyafətdə Rusiyanı hərbi təcavüz və başqa ölkələrdə keçirilən seçkilərə müdaxilədə ittiham edən Tereza Mey bu dəfəki çıxışında Moskva ilə münasibətlərin normallaşdırılması şərtlərini müəyyənləşdirib.

Baş nazirin bugünkü çıxışına əsasən, London Kremldən beynəlxalq təhlükəsizliyi təhdid edən düşmənçilik hərəkətlərinə son qoymağı tələb edib və münasibətlərin yalnız bu halda normallaşa biləcəyini diqqətə çatdırıb.

Meyin gözlənilən çıxışında həmçinin bir sıra ölkələrin xüsusi xidmət orqanları ilə birgə görülən tədbirlər nəticəsində Rusiya kəşfiyyatçılarının ifşası və ölkədən çıxarılmasına da yer verilib:

“Biz dünyada nizamı qoruyub saxlamaqla, digər ölkələrlə əlaqəli şəkildə fəaliyyət göstərmək niyyətimizin nümayişini davam etdirəcəyik.

Bir il əvvəl dediyim kimi, biz Rusiya ilə düşmənçilik münasibətlərinin olmasını istəmirik. Biz fərqli münasibətlərə açığıq. O münasibətlərə ki, Rusiya beynəlxalq təhlükəsizliyi təhdid edən düşmənçilik hərəkətlərinə son qoyur. Ümid edirik ki, Rusiya rəhbərliyi bu kursu seçəcək”.

www.yenicag.az

2015
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100