!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Londonun mərkəzində qırğın: ölən var

!Reklam – Yazi

154148_res_01Böyük Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.

Virtualaz.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. İnsident yerli vaxtla saat 22:30-da qeydə alınıb.

London polisinin nümayəndəsi bildirib ki, bıçaqla hücumu 19 yaşlı gənc törədib.

“Hazırda cinayəti törədən şəxs istintaq təcridxanasının tibb məntəqəsindədir. İlkin araşdırmalara əsasən, o ruhi xəstəlikdən əziyyət çəkir. Çox güman ki, insidentə səbəb məhz bu amil olub”,-deyə polis nümayəndəsi bildirib.

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv