Londonun ilk müsəlman meri Sadiq Xan yenidən öz vəzifəsinə seçilib.
Yenicag.az xəbər verir ki, müxalif Leyboristlər partiyasının üzvü olan Xan seçkilərdə 55,2%, onun mühafizəkar rəqibi Şon Beyli isə 44,8% səs toplayıb.
Qeyd olunub ki, hələ ötən ilin may ayında keçirilməli olan seçkilər pandemiya səbəbindən bir il təxirə salınıb.
Xatırladaq ki, Sadiq Xan 1970-ci ildə Londonda, əslən pakistanlı olan çoxuşaqlı ailədə doğulub. O, ilk dəfə 2016-cı ildə şəhər rəhbəri seçilib.