Lordlar Palatası Brexit-in başlanılmasını dayandırdı

Britaniya parlamentinin Lordlar Palatası, gözlənildiyi kimi, Brexit-in başlanılması haqqında qanun layihəsinə düzəlişləri dəstəkləyib.

Yeniçağ.Az-ın “Trend”-ya istinadən verdiyi məlumata əsasən, dəyişiklikləri qəbul etməklə parlamentarilər qanun layihəsinin parlamentdən keçməsini dayandırıblar.

Bununla da, İcmalar palatasında müvafiq düzəlişlər üzrə təkrar səsvermə keçirmək lazım gələcək, bu da qanun layihəsinin qəbulu prosesini ləngidəcək.

Yeniçağ.Az