Los-Ancelesi yandırmaqda şübhəli bilinən bir nəfər həbs edildi

Los-Ancelesdəki meşə yanğını hazırda yandırma işi kimi araşdırılır və bununla bağlı bir nəfər artıq həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Los-Anceles Polis Departamenti məlumatı təsdiq edib.

Prokuror Nazan Hoçmanın dediyinə görə, yerli sakinlər şübhəlinin həbsinə kömək ediblər və günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir./unikal