Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə qanuna aşağıdakı məzmunda 8.4-2-ci maddə əlavə edilib:
“Bu Qanunun 8.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar lotereya təşkilatçısından tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi lotereya təşkilatçısının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya lotereya təşkilatçısı tərəfindən təmin edilir”.