Lotereyalarla bağlı bu qaydalar təsdiq edildi

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Lotereyaların təşkili və keçirilməsi Qaydası”, “Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası” və “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nı təsdiq edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.