Bakıda ticarət mərkəzində baş verən yanğın məhdudlaşdırıldı – YENİLƏNDİ

Bakı şəhəri, Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdulaşdırılıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətin əməkdaşlarının çevikliyi nəticəsində yanğın məhdudlaşıdırılıb, genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

“Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür”, – deyə məlumatda qeyd olunub.

***

“Lotos” ticarət mərkəzində yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

COP29