!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lotu Quli” “Azərbaycan mafiyası”nın “Xaç atası” oldu

!Reklam – Yazi

Rusiya xüsusi xidmət orqanları azərbaycanlılardan ibarət yeni kriminal qruplaşmanın fəallaşmasından narahatlıq keçirirlər. Sözügedən qruplaşma bir müddət əvvəl “Lotu Quli” (Nadir Səlifov) və Vaqif Suleymanovun klanları əsasında formalaşdırılıb.

Oxu.Az xəbər verir ki, “Rosbalt”a verilən məlumata görə, yeni mafioz qrup yaranıb. Bura “Lotu Quli”, Vaqif Süleymanov və daha bir “qanuni oğru” Rəşad İsmayılov daxildir.

Mənbə onu da bildirib ki, Rusiyadakı “Azərbaycan mafiyası”nın yeni “Xaç atası”nın da kimliyinə aydınlıq gətirilib. Məlumata görə, azərbaycanlı avtoritetlər öz liderləri kimi “Lotu Quli”ni tanıdıqlarını bəyan ediblər.

Səlifov yaraqlılardan ibarət ən güclü “orduya” malikdir. Rəşad və Vaqifin Rusiyadakı biznes dairələri, azərbaycanlı iş adamları, əyləncə və ticarət obyektlərinin sahibləri ilə sıx əlaqələri var.

Onların yaratdığı yeni qruplaşma “Lotu Quli”nin rəhbərliyi altında sürətlə inkişaf edir. Böyük ticarət obyektləri və iş adamları onların himayəsi altına keçir.

Bu isə digər qruplaşmaları ciddi narahat edir. Belə ki, artıq bir neçə hadisə baş verib, yaxın günlərdə isə xüsusi xidmət orqanı əməkdaşları atışma ilə nəticələnəcək hadisələrin baş verəcəyini gözləyirlər.

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv