!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lotu Quli” düşməninin qulağını kəsdirdi – Video +18

!Reklam – Yazi

Azərbaycanın kriminal qruplaşmaları arasında gedən amansız mübarizənin daha bir qanlı epizodunun videogörüntüləri yayılıb.

Yeniçağ.Az həmin videomateriala əsasən xəbər verir ki, kriminal aləmə yaxın mənbənin məlumatına görə, Rafiq Eyvazov 2016-cı ilin əvvəlində İstanbulda Rövşən Lənkəranskinin əmisi oğlu ilə görüşərək, müəyyən məbləğ qarşılığında azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) qardaşlarının ( onlardan biri “qanuni oğru”dur) yerini söyləməyə razılıq verib.

Bir müddət sonra bundan xəbər tutaraq əsəbiləşən “Lotu Quli” Eyvazovun ələ keçirilərək, Azərbaycan mafiya qaydalarına əsasən, cəzalandırılmasına göstəriş verib. Bildirilir ki, Qulinin adamları tezliklə, Eyvazovu tutaraq vəhşicəsinə döydükdən sonra onun qulağını da kəsiblər. Ən maraqlısı budur ki, “Masallı Rafiq” kimi tanınan Eyvazovun qulağının kəsilməsini hazırda Azərbaycanda həbsxanada cəza çəkən Quli “skayp” vasitəsilə şəxsən izləyib.
Qulaqsız qalan “qanuni oğru” Eyvazov isə bu təhqirə görə qisas almağa qərar verib.

Bu barədə məlumatlı mənbənin bildirdiyinə görə, Eyvazov Azərbaycan diasporu təmsilçilərinə göndərdiyi emosional bildirişdə hansı səbəbdən cəzalandırıldığını bilmədiyini deyib.

Yeniçağ.Az

www.yenicag.az

31042
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv