!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lotu Quli” Lənkəranskinin varisini öldürtmək istədi - Qanlı atışmanın şok təfərrüatı

!Reklam – Yazi

Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin ölümündən sonra onun bir nömrəli varisi sayılan çeçen əsilli kriminal avtoritet, “Şeyx Xəmzət” ləqəbli Xəmzət Qastəmirova qarşı sui-qəsd edilib.

Yenicag.az xəbər verir ki, Türkiyə xüsusi xidmət orqanları tərəfindən əldə olunmuş telefon danışıqları və müəyyən materiallar Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan “Şeyx Xəmzət”ə göndərilib.

Materiallardan müəyyən olunub ki, “Şeyx”in türk əsilli cangüdəni bir neçə dəfə İstanbulda olub, “Lotu Quli”nin yaxın ətrafında olan bir neçə şəxslə görüşüb, onlara məlumatlar ötürüb. Hətta pul qarşılığında ona “Şeyx Xəmzət”i aradan götürmək təklif olunub. O da bununla razılaşaraq, plan əsasında yaxın vaxtlarda Lənkəranskinin varisini aradan götürəcəyinə söz verib.

Bunu bilən “Şeyx” və yaxın adamları cəld tərpənərək cangüdənlərə tərəf gediblər. Cangüdənlərdən ikisi onların gəldiyini görüb və bundan şübhələnərək atəş açaraq qaçmağa çalışıblar. Atəş nəticəsində Qastəmirov sol əlindən və qabırğasından, yaxın adamlarından biri isə ayağından yaralanıb. Cangüdənlərdən biri isə qaçmağa macal tapmadığı üçün ələ keçirilib. Yaralılar Berlindəki xəstəxanaya yerləşdiriliblər.

www.yenicag.az

11023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv