“Lotu Quli” Rusiyanın maraqlarına xidmət edəcək? – Ondan yaxşı namizəd yoxdur

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun Rusiya Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilməsinin pərdəarxası məqamları böyük maraq doğurur.

Yenicag.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, kriminal aləmdə “Quli” ləqəbilə tanınan “qanuni oğru” 2015-ci ilin dekabrında Kamal Quliyev adlı şəxsin oğurlanmasını təşkil etməkdə ittiham olunur.

“Quli”nin azadlığa çıxmasına sayılı günlər qalarkən (bu barədə yalnız yaxın çevrə məlumatlı olub) qaçışı həyata keçirən Maksud Qurbanov istintaqla növbəti dəfə sövdələşib. Müdafiə və həbs müddətinin azaldılması qarşılığında o, “Quli”yə qarşı yeni ifadə verməyə razılaşıb. Bu isə gələcək ittihamın əsasını təşkil edib.

İlkin görüşdə məsələ çox ciddi xarakter daşısa da, çətin ki “Quli” bu ittihamlara görə həbs olunsun. 45 yaşında olan və ömrünün 23 ilini həbsxanada keçirən bu “qanuni oğru”nu belə ittihamlarla qorxutmaq da asan deyil. Əgər hətta iş məhkəməyə qədər getsə, çətin ki şahid kürsüsündə əyləşən insan barmağıyla “Quli”ni göstərə bilsin. İstənilən halda, “Quli”nin ətrafında onun bütün günahlarını üzərinə götürməyə hazır olan ordu var. Ümumiyyətlə, DİN-in nəyin bahasına olursa olsun “Quli”ni həbs etdirmək arzusu da hiss olunmur. Bəs belə olan halda DİN bu işi qaldırmaqda niyə maraqlıdır?

Bəziləri hesab edir ki, bu, ötən il öldürülən “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşları – Zaur və Namiqin qanlı qısasının bir parçasıdır. Azərbaycanda gömrük xidmətindəki vəzifəsindən qovulan və daha sonra Türkiyədə həbs olunan Namiq bu işdə şübhəli bilinməkdən xilas olunur. Demək ki, əgər doğrudan da bu, qardaşların qisasıdırsa, o zaman məsuliyyət Zaurun üzərinə düşür.

Əgər DİN-də kimsə qardaşların tərəfindədirsə, o, sadəcə bir qrup cinayətkarın maraqları daxilində digərinə qarşı çıxır. Bu zaman uduşunu almasına dair də risk var.

Digər tərəfdən əgər ehtimal olunsa ki, kimsə “Quli”ni dövlətin və ya özünün maraqları çərçivəsində istifadə etmək istəyir, bütün sxem məna kəsb etməyə başlayır.

Sirr deyil ki, tezliklə DİN-ə “Şakro”nun yerinə keçməsi üçün biri lazım gələcək. Normal planda Hökumət evindən bir neçə yüz metr məsafədə “Şakro”nun qadını üstündə düşən qalmaqalda üç nəfərin öldürülməsi də onun “istefa”sı üçün kifayət edir. “Quli” Azadlıqdadırsa “Şakro”nun hansı müddətə həbs ediləcəyi mühüm deyil. İstənilən halda “oğru dünyası”nda bir nömrə o olacaq. Kriminalda “Quli”nin öhdəsindən gələ bilməyəcəyi işin olmadığı kimi ondan daha gözəl namizədin yoxluğu da açıq-aşkardır.

Gürcüstan sakini kimi “Quli” cinayət mühitinə nəzarət edə bilər. Azərbaycanlı kimi bazarlarda nizam-intizam yarada bilər. Müsəlman kimi həbsxanalarda Şimali Qafqazdan olan radikallara və ənənəvi olaraq “oğru qanunları”nı qəbul etməyən Orta Asiyadan olan entik qruplaşma liderlərinə təsir göstərə bilər.

Sözsüz ki, DİN “Quli”ni yaşamaq üçün əbəs yerə Rusiyaya çağırmaz. Bunun üçün gözəl bir səbəb olmalıdır. İstənilən halda məhz bu cinayət işi onun Rusiya hakimiyyətilə dialoqunda açar olacaq.

COP29