“Lotu Quli” Rusiya polisinin hədəfində – SƏBƏB

Rusiyanın Sverdlovsk əyalətinə yeni polis rəisi təyinatı olacaq. Yeni rəisin Daxili İşlər Şöbəsinin Moskvanın Cənub inzibati idarəsi üzrə hazırkı rəhbəri Roman Pluqin olacağı ehtimal edilir.  Sverdlovsk əyaləti üzrə hazırkı rəis Mixail Borodin regionda stabil vəziyyəti qoruya bilsə də, ekspertlər yeni təyinatdan sonra Uralda kriminal aləmdə yeni dalğalanmanın olacağını bildirirlər.

Yenicag.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə cavabdeh olan şəxslər regionda sakitlik üçün ən böyük təhlükə olaraq Azərbaycandan olan kriminalistlərdən ibarət etnik qruplaşmanı göstərirlər.

Belə ki, “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) başçılıq etdiyi dəstə xüsusi biznesin və bazarların böyük qisminə nəzarət edir, saxta içki hazırlanması ilə məşğul olur.

Mütəşəkkil Cinayətkar Dəstə ilə məşğul olan güc strukturu əməkdaşı bildirib ki,  Uralda onun xüsusi adamları var, bəzi yerlərdə möhkəmlənə biliblər, bəzilərində yox, lakin “Lotu Quli” istənilən halda təhlükəli fiqurdur.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, əgər Qulinin Rusiyaya gəlmək imkanı yaransa, bu, region üçün böyük riskdir və burada kriminal hadisələrin sərhədi genişlənəcək.

COP29