Antalyada qətlə yetirilən kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərin məhkəməsi başa çatıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Lotu Quli”nun qətli ilə bağlı 8 təqsirləndirilən şəxsin mühakimə olunduğu iş üzrə təqsirləndirilənlər Xaqan Zeynalov və Əmir Həmidli ömürlük, Əli Mövlamlı və Rəsul Həsənov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Həbs olunmayan 4 təqsirləndirilən şəxsə bəraət verilib./unikal