“Lotu Quli”nin adamını tutdular:  Peterburqda qətl törətdiyi üçün – VİDEO

Sankt-Peterburq Şəhər Polisi 46 yaşlı Azərbaycan vətəndaşı Mahir Məmmədovu tuta bilib.

Yenicag.az xəbər verir ki, aprelin 30-da həmyerlisi olan 32 yaşlı iş adamı Füzuli Qarayevi güllələyərək öldürən həmin şəxsə qarşı İnsitntaq Komitəsi tərəfindən “qəsdən adam öldürmə” maddəsi üzrə cinayət işi açılmışdı.

Lomonosov küçəsində evin qarşısında törədilən qətli müşahidə kamerası qeydə alıb. Kadrlarda Mahir Məmmədovun Qarayevi güllələdiyini görmək olur.

“Fontanka” nəşrinin məlumatına görə, hər iki şəxs “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun silahdaşlarıdır. Peterburqda ticarət obyektlərinə nəzarəti “Lotu Quli” bu yaxınlarda Mahir Məmmədova tapşırmışdı. Polis əməkdaşları tutulma anının videosunu yayıblar:

Zaur H. 

COP29