Gürcüstanda kriminal aləmin 6 üzvü saxlanılıb.
Yenicag.az xəbər verir ki, onlardan ikisi azərbaycanlıdır. Həmin şəxslərin azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifovun adamları olduğu müyyənləşdirilib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmisi Mamuka Çelidze açıqlama verib.
Onun sözlərinə görə, həmin şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır.
Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.