!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lotu Quli"nin adamları şəmkirli iş adamını belə öldürdülər - ANBAAN VİDEO

!Reklam – Yazi

Ukraynanın Odessa şəhərində gənc iş adamı avtomatla qətlə yetirilib.

Yenicag.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, qətlə yetirilən şəxs Odessa şəhərində kiçik sahibkarlıqla məşğul olan Şəmkir rayon İrmaşlı kənd sakini, 1996-cı il təvəllüdlü Laçın Nurəddin oğlu Məmmədovdur.

Onun xüsusi kriminal qruplaşma üzvləri tərəfindən qətlə yetirildiyi bildirilir. Artıq L.Məmmədovun qətl anı və cinayətkarın görüntüsü də yayılıb.

Bildirilir ki, L.Məmmədovu qətlə yetirənlər hazırda Odessa istintaq təcridxanasında saxlanılan kriminal avtoritet Sadik Mirzəyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun üzvləridir.

İddia olunur ki, S.Mirzəyev ötən il Antalyada qətlə yetirilən “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun Odessa şəhəri üzrə dəstəsinin rəhbəridir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

 

www.yenicag.az

1056
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv