“Lotu Quli”nin kuryeri Abxaziyada güllələndi

Tanınmamış Abxaziya Respublikasının Qudaute şəhərində azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılov güllələnib.

Yenicag.az-ın Lent.az-a istinadən məlumatına görə, Rəşad və onunla birgə olan abxaz Nika Qaqrinski “Piza” ləqəbli avtoritet tərəfindən tapançayla vurulub. Hadisə şəhərdəki restoranlardan birində baş verib.

Məlumata görə, Rəşad Abxaziyaya “Lotu Quli” tərəfindən xüsusi missiya ilə göndərilibmiş.

Yenicag.az

COP29