!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lotu Quli”nin Rusiyadakı adamı həbs edildi

!Reklam – Yazi

Rusiyanın Çelyabinsk şəhərində 47 yaşlı kriminal avtoritet Rəhman Abdullayev tutulub.

Yenicag.az xəbər verir ki, kriminal avtoritet Rusiya DİN Çelyabinsk vilayət Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, sahibkarlara zorən haqq qoymaqda, saxta şirkətlər yaradaraq külli-miqdarda vergidən yayınmaqda və sair cinayətlərdə ittiham olunur.

Yerli KİV-lərin yazdığına görə, Rəhman Abdullayev “Lotu Quli” ləqəbli Nadir Səlifovun Cənubi və Şərqi Ural üzrə “valisi” sayılır. Məhz Qulinin adına görə, regionun azərbaycanlı sahibkarları Rəhmana haqq verirlərmiş. Başqa bir məlumata görə, Rəhman Abdullayevə bu yaxınlarda Dubayda “qanuni oğru” adı veriləcəkmiş./Musavat.com/

www.yenicag.az

2791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv