“Lotu Quli” ləqəbi ilə tanınan məşhur “qanuni oğru” Nadir Səlifovun sosial şəbəkələrdəki hesabı silinib.
Yenicag.az xəbər verir ki, bir müddət əvvəl azadlığa çıxdıqdan sonra İstanbula yerləşən adıçəkilən şəxsin həm “instagram”, həm də “facebook” səhifələrinə daxil olmaq mümkün deyil. Bunun texniki problem və yaxud da bilərəkdən edildiyi bəlli deyil.
Qeyd edək ki, daha əvvəl sözügedən hesablar vasitəsi ilə Səlifovun gündəlik həyat tərzini, eləcə də görüşlərini əks etdirən fotolar paylaşılırdı. O, bir müddət əvvəl “instagram” vasitəsi ilə hətta canlı yayım da etmişdi.