“Lotu Quli”nin yaxın qohumu Bakıda həbs edildi – FOTO

Xəbər verdiyimiz kimi, avqustun 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində cinayət törətməyə meyilli bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq, ad günü məclisi təşkil etməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbirlər nəticəsində həmin restoranda toplaşan şəxslər, o cümlədən, məclisin təşkilatçısı əvvəllər dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Binnətov, eləcə də, qeyd edilən məclisin keçirilməsinə şərait yaradan restoranın rəhbərliyi və işçiləri saxlanılaraq, Baş İdarəyə gətiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Report-un məlumatına əsasən, saxlanılan Natiq Binnətov Türkiyədə qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın qohumudur.

Xatırladaq ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov avqustun 19-dan 20-nə keçən gecə Antalyada hoteldə güllənərək qətlə yetirilib.

COP29