Luçesku rəsmən Türkiyə millisində!

Fatih Terimin istefasından sonra Türkiyə millisinin yeni baş məşqçisinin adı rəsmən bəlli olub.

Yenicag.az xəbər verir ki, yığmaya Mirça Luçesku başçılıq edəcək. Türkiyə Futbol Federasiyasının rəsmi saytının yaydığı xəbərə görə, rumıniyalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. O, sabah ictimaiyyətə təqdim olunacaq.

Yenicag.az