İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis Enrike ilə yolları ayırıb.
Yenicag.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının saytında məlumat dərc edilib.
Məlumatda həmçinin qeyd olunur ki, Luis Enrikedən başqa məşqçilər korpusunda yer alan digər məşqçilərin də fəaliyyətinə xitam verilib.
Qeyd edək ki, Luis Enrike 2019-cu ildən İspaniya millisini çalışdırırdı.
Onun rəhbərliyi altında komanda Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Mərakeşə penaltilər seriyasında uduzaraq turniri tərk edib.