Reklam: High Technic
hightechnic

Lukaşenko: "Azərbaycan ilə münasibətləri niyə pisləşdirək ki?"

Reklam: High Technic

Belarus prezidenti Aleksandr Lukaşenko, bloger Lapşinin Azərbaycana təhvil verilməsi ilə bağlı nə Azərbaycan, nə də Ermənistanla münasibətləri pişləşdirmək istəmədiklərini söyləyib.

Yeniçağ.Az xəbər verir ki, Belarus Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Lukaşenko bunu Minsk şəhərində Ermənistan səfiri Armen Xaçaturyan ilə görüşü zamanı deyib.

“Biz (Belarus və Ermənistan) iki qonşu ölkəyik, elə də qalacağıq. Ermənistan ilə Azərbaycan arasında problemlər var, ancaq Azərbaycan da bizim qonşumuzdur. Ermənistan və ya Azərbaycan ilə münasibətləri nəyə görə pisləşdirək? Bəlkə bir gün Azərbaycan və Ermənistanın xeyrinə işlər görəcəyik. Ona görə də məni maraqlandırmayan məsələlərə qarışmıram.”

Blogeri Azərbaycana təslim etdiyinə görə Ermənistanın tənqid atəşinə tutulan Lukaşenko qeyd edib:

“Ermənistanın bu mövzuya nə dəxli var? Daha əvvəl Lapşinlə bağlı Ermənistandan heç bir açıqlama gəlməmişdi. Bu insan Azərbaycan tərəfindən axtarışa verilmiş, sonra da bizim ölkəmizdə saxlanılmışdı. Biz də qanunlara hörmət edərək Lapşini təslim etməli olduğumuz tərəfə, yəni onu axtarışa verən ölkəyə verdik.”

Xatırladaq ki, Rusiya və İsrail vətəndaşı olan və Azərbaycanın icazəsi olmadan beynəlxalq hüquq tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağa səfər etdiyi üçün qara siyahıya düşən Lapşin 2016-cı ildə Minskdə saxlanılmışdı. Belarus Baş Prokurorluğu Azərbaycanın şikayətini təmin edərək, blogeri Azərbaycana təslim etmişdir.

Yeniçağ.Az

www.yenicag.az

102