Lukaşenko Azərbaycan prezidentini Belarusa rəsmi səfərə dəvət etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Yenicag.az-ın məlumatına görə, A. Lukaşenko təbrik məktubunda bildirib ki, Azərbaycanın genişmiqyaslı nailiyyətləri prezident İlham Əliyevin dövlət lideri, uzaqgörən siyasi xadim və öz ölkəsinin həqiqi vətənpərvəri kimi bənzərsiz keyfiyyətlərini əyani şəkildə təsdiq edir.

A. Lukaşenko prezident İlham Əliyevin Belarus-Azərbaycan əməkdaşlığının inkişafına, o cümlədən mühüm müştərək layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyini yüksək qiymətləndirib: “Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur. Bununla əlaqədar, Sizi bir daha Belarus Respublikasına rəsmi səfərə dəvət edirəm. Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən daim yeni uğurlar diləyir, Doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edir, Azərbaycan xalqına sevgimi və hörmətimi bildirirəm”.

COP29