Lukaşenko Azərbaycana gəlir

3824c95e8b8145057256681188f27f9fBelarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.

APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, səfər zamanı ikitərəfli əlaqələrin genişlənməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Aleksandr Lukaşenko baş nazirinin müavini Yaqub Eyyubovla Minskdə görüşü zamanı Azərbaycan prezidenti ilə noyabrın 28-29-da görüşəcəyini bildirmişdi.