Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lukaşenko Bakıya gəlir

170379_res_01Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Trend Belarus prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Səfərin proqramına əsasən, Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulur. Prezidentlər Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, o cümlədən, ticari-iqtisadi əməkdaşlıq, birgə layihələr üzrə iş, investisiyalar, aqrar-sənaye kompleksi, idman sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparacaqlar.

Görüşlərin yekununda bir sıra sənədlərin imzalanması gözlənilir.

A.Lukaşenkonun baş nazir Artur Rasizadə ilə görüşü də planlaşdırılır.

www.yenicag.az

530