Lukaşenko İrəvandan narazıdır

Problemli məsələlər danışıqlar masası arxasında müzakirə edilməlidir.

Yenicag.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın KTMT sammitində iştirak etməməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, problemli məsələlər danışıqlar masası arxasında müzakirə edilməli, konkret səbəblər olmadan demarşlar edilməməlidir.