Lukaşenko Putinə şəxsən yemək hazırladı

Rusiya prezidenti Vladimir Putinin Belarusa səfəri zamanı menyuya həmkarı Aleksandr Lukaşenkonun şəxsən hazırladığı yeməklər daxil edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Belarus teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, qeyri-rəsmi şam yeməyi zamanı süfrəyə sırf xalq, kənd mətbəxinə aid yeməklər təqdim olunub. Siyahıya kartoflu pankek, göbələk şorbası və soyuq şorba, Belarus piyi, turşu göbələkləri və evdə hazırlanmış salatlar daxildir.

Kanallar, Lukaşenkonun özünün hazırladığı “Molodost” salatı ayrıca qeyd edib.

Rusiya prezidenti Vladimir Putinin Belarusa rəsmi səfəri mayın 23-24-də baş tutub.

COP29