Lukaşenko səfərbərlik haqqında: “Rusiyada çoxları silah tutmağı yadırğayıb”

“Bizim keçirəcəyimiz toplanışlardan sonra vətəndaşlar qeydiyyat üçün hərbi komissarlıqlara çağırılacaqlar”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyada başlayan səfərbərlikdən sonra Belarusda da analoji toplanışların təşkilindən danışan ölkənin prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, vətəndaşların hərbi komissarlıqlara çağırılması sadəcə sənədlərin dəqiqləşdirilməsi üçündür:

“Bizim ölkə Rusiyada həyata keçirilən səfərbərlikdən ibrət götürməlidir. Rusiyada çoxları silah tutmağı yadırğayıb. Ancaq biz burada səfərbərlik aparmayacağıq.

Keçirəcəyimiz toplanışlardan sonra vətəndaşlar qeydiyyat üçün hərbi komissarlıqlara çağırılacaqlar.

Bu işləri hər rayonda səliqə ilə, səs-küysüz etmək lazımdır, sizə tapşırdığım kimi…

Bunun səfərbərliklə, harasa adam göndərib kimlərisə öldürməklə heç bir əlaqəsi yoxdur”.

COP29