Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.
Yenicag.az Report-a istinadən xəbər verir ki, bu barədə Belarus liderinin özü “Belji” zavoduna səfəri zamanı bildirib.
“Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü”, – Lukaşenko deyib.
O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və normal yeriyib, lakin sonra xəsarət alan hissə şişib.
Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub.