!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenko yenə açdı ağzını: “Yaramazlar bizə bir qəpik də pul verməyiblər”

!Reklam – Yazi

Belarus prezidenti ölkədə yerləşdirilən miqrantların ölkələrinə göndərilməsi üçün Avropadan dəstək olmamasına qəzəblənib. 

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, ölkənin üzləşdiyi miqrant problemindən danışan Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqının (Aİ) iraqlı qaçqınların evakuasiyası üçün pul ayırmalı olduğunu deyib.

Lukaşenko ölkəni tərk etmək istəyən miqrantların, xüsusilə, İraqdan olan qaçqınların vətənə dönmələrinə mane olmayacağını deyib.

Lakin o əlavə edib ki, Aİ bu işin həyata keçirilməsini maliyyələşdirməlidir. Lukaşenko Minsk-Bağdad aviareysinin təxirə salınmasını da bununla əlaqələndirib:

“Yaramazlar bizə bir qəpik də pul verməyiblər. Nə Qırmızı Xaç, nə də digərləri… Bu qaçqınları hələ ki, biz özümüz yedirib-içirdirik”.

www.yenicag.az

1391
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv