!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenko yeni baş nazir və nazirlər təyin etdi

!Reklam – Yazi

Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin rəhbərliyində dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, Sergey Rumas baş nazir təyin edilib. O, yeni vəzifəsinə qədər ölkədə İnkişaf Bankına rəhbərlik edib.

Nazirlər Şurası Aparatının rəhbəri Aleksandr Turçin baş nazirin birinci müavini təyin edilib. İqor Lyaşenko, Vladimir Kuxarev, İqor Petrişenko da baş nazirin müavinləri olacaq.

Memarlıq və Tikinti naziri Dmitri Mikulenok, sənaye naziri Pavel Utyupin olacaq. İqtisadiyyat Nazirliyinə Dmitri Krutoy rəhbərlik edəcək. Roman Qolovçenko isə Dövlət Hərbi-Sənaye Komitəsinin sədri təyin edilib.

www.yenicag.az

1678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv