Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Silahlı Qüvvələrinin Belarus ərazisindən Ukrayna sərhədini keçdiyini açıqlayıb.
Yenicag.az Lenta.ru-ya istinadən xəbər verir ki, prezident bunu jurnalist Diana Pançenkoya müsahibəsində deyib.
Rusiya-Ukrayna müharibəsiin gedişatına da toxunan Lukaşenko bildirib ki, iki ölkə arasındakı danışıqlar ilkin şərt olmadan başlamalıdır.