Lukaşenkodan Putinə nüvə silahı TƏKLİFİ – ŞƏRT

Belarus prezidenti yenidən nüvə silahı əldə etmək üçün Rusiyaya müraciətin şərtini açıqlayıb. 

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin nüvə silahına ehtiyac hiss edəcəyi şərait haqda danışıb.

Məlumata görə, Lukaşenko bildirib ki, NATO Polşada nüvə silahı sistemləri yerləşdirərsə, o halda Rusiyaya analoji sistemlərin Belarusda yerləşdirilməsini təklif edəcək.

Qeyd olunur ki, Lukaşenkonun belə bir çıxışının səbəbi NATO-nun baş katibi Yens Stoltenberqin Almaniyanın imtina edəcəyi təqdirdə, alyansın nüvə silahlarının digər ölkələrdə yerləşdirilməsinin mümkünlüyü haqda bəyanatıdır.

Lukaşenko əlavə edib ki, burada söhbət məlum qarşıdurmada daha effektli hesab olunan silah sistemlərindən gedir.