Lukaşenkonu asmaq çağırışına Minskdən REAKSİA: XİN açıqlama yaydı

Ukraynalı deputatın Belarus Prezidentini dar ağacından asmaq təklifi Minskdə qəzəblə qarşılanıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Belarus Prezidenti Aleksandr Lukaşenkonu dar ağacından asmağın zəruriliyini bildirib.

Ukraynalı deputatın bu çağırışı Minskdə hiddətlə qarşılanıb və Belarus Xarici İşlər Nazirliyi (XİN) deputatın çağırışına yönəlik açıqlama yayıb.

“Çox təəssüf ki, bu, Ukraynanı idarə edənlərin şəxsində insana nifrət yaradan ruhda verilən ilk açıqlama deyil.

Ukraynanın Qazaxıstandakı rəsmi nümayəndəsinin “daha çox adam öldürməyə” çağırış etməyini xatırlamaq kifayətdir.

Bu qan hərisliyi arzusuna şərh verməyə ehtiyac yoxdur – onlar bu barədə onsuz da birbaşa danışırlar”.